Mətanət Süleymanova
Vəzifə:
Cüdo məşqçisiTəcrübə
20 ilİdman Növü:
CüdoVəzifə:
Cüdo məşqçisiTəcrübə
20 ilİdman Növü:
CüdoSüleymanova Mətanət Əfraim qızı
Doğum tarixi və yeri: 06 yanvar 1976-cı il, Bakı şəhəri
Təhsil:
1993-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun Bədən tərbiyəsi və idman ixtisasına qəbul olmuş, 1999-cu ildə həmin universiteti bitirmişdir.
1999-cu ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisasına qəbul olmuş, 2003-cü ildə təhsilini başa vurmuşdur.
Əmək fəaliyyəti və nailiyyətlər:
2004–2005-ci illərdə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi “Xəzər” idman klubunda məşqçi-müəllim vəzifəsində çalışmışdır.
2005–2011-ci illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində həqiqi hərbi xidmət keçmişdir.
2006-cı ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “Azərbaycan Respublikasının İdman Ustası” dərəcəsi verilmişdir.
2008–2018-ci illərdə Azərbaycan Respublikası Sərbəst və Yunan-Roma Güləş Federasiyasında məşqçi-müəllim kimi fəaliyyət göstərmişdir.
2015-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “Azərbaycan Respublikasının Əməkdar Məşqçisi” fəxri adına layiq görülmüşdür.
2018–2022-ci illərdə Azərbaycan Respublikası “Məhsul” Kənd Könüllü Həmkarlar Kooperativ İdman Cəmiyyəti, Respublika Kompleks İdman Növləri UGİM-də cüdo üzrə məşqçi-müəllim vəzifəsində çalışmışdır.
Cari fəaliyyət:
25 fevral 2025-ci ildən Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası İctimai Birliyinin Güləş növləri bölməsində məşqçi-müəllim vəzifəsində çalışır.