AHIITA
Xanlar Allahverdiyev

Xanlar Allahverdiyev

Vəzifə:

Şahmat məşqçisi

Təcrübə

27 il

İdman Növü:

Şahmat

Qısa Bioqrafiya

Allahverdiyev Xanlar Xanlar oğlu
9 mart 1947-ci ildə Gəncə şəhərində anadan olmuşdur.

Təhsili və hərbi xidməti

1965–1970-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun Energetika fakültəsində ali təhsil almışdır.
1970–1972-ci illərdə Sovet Ordusunda leytenant rütbəsində hərbi xidmət keçmişdir.

Şahmat karyerası və məşqçilik fəaliyyəti

1960-cı ildən şahmat üzrə idman fəaliyyətinə başlamışdır.
1964-cü ildə SSRİ-nin Kişinyov şəhərində keçirilən zona birinciliyində I yerin qalibi olmuşdur.

2015-ci ildə respublika şahmatçılarının Avropa və Dünya birinciliklərində qazandığı 4 medaldan 2-sini onun şagirdləri əldə etmişdir.
2017-ci ildə həmin yarışlarda qazanılmış 5 medaldan yenə 2-sini onun şagirdləri qazanmışdır.

Uzun illik məşqçilik fəaliyyəti ərzində beynəlxalq dərəcəli ustalar, FIDE Master (FM), Candidate Master (CM), ustalığa namizədlər, birinci dərəcəli şahmatçılar, eləcə də beynəlxalq və respublika yarışlarının qalibləri və mükafatçıları yetişdirmişdir.

İctimai və peşəkar fəaliyyəti

  • “Şahmatın İnkişafı” Dövlət Proqramının hazırlanmasında fəal iştirak etmişdir.

  • Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin komissiyasının üzvü olmuşdur.

  • Azərbaycan Bədən Tərbiyəsi və İdman İnstitutunda qəbul imtahanlarında ekspert kimi fəaliyyət göstərir.

  • 4 yanvar 2004-cü ildən Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının “Şahmat və Zəka oyunları” bölməsində məşqçi-müəllim kimi çalışır.

Təltif və mükafatlar

  • 1989 – SSRİ Ali Soveti tərəfindən “Əmək veteranı” medalı

  • 2013 – Azərbaycan Respublikasının “Əməkdar məşqçisi” fəxri adı

  • 2014 – “Respublika dərəcəli hakim” adı

  • 2016 – “Fəxri Bədən Tərbiyə və İdman İşçisi” fəxri adı

  • 2016 – Beynəlxalq Şahmat Federasiyası (FIDE) tərəfindən “FIDE Arbiter” (Beynəlxalq Hakim) adı

  • 2023, 21 dekabr – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə” “Tərəqqi” medalı (Xankəndi şəhərində təqdim edilmişdir)