Vlad Roşin
Vəzifə:
Şahmat məşqçisiTəcrübə
20 ilİdman Növü:
ŞahmatVəzifə:
Şahmat məşqçisiTəcrübə
20 ilİdman Növü:
ŞahmatRoşin Vlad Leonidoviç 27 aprel 1969-cu ildə Bakı şəhərində anadan olmuşdur.
1986–1992-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda “Məşqçi-müəllim” ixtisası üzrə ali təhsil almışdır.
1987–1989-cu illərdə SSRİ Silahlı Qüvvələrinin Volqoqrad şəhərində yerləşən hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olmuşdur.
Peşəkar fəaliyyətinə 1990-cı ilin yanvar ayından başlayaraq Bakı şəhəri, 273 nömrəli tam orta məktəbdə şahmat üzrə məşqçi-müəllim kimi başlamışdır.
Roşin Vlad Leonidoviç şahmat idman növü üzrə I dərəcəli hakim statusuna malikdir.
Hal-hazırda Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının “Şahmat və Zəka oyunları” bölməsində məşqçi-müəllim kimi fəaliyyətini uğurla davam etdirir.