Valeriy Şilyayev
Vəzifə:
Şahmat məşqçisiTəcrübə
43 ilİdman Növü:
ŞahmatVəzifə:
Şahmat məşqçisiTəcrübə
43 ilİdman Növü:
ŞahmatŞilyayev Valeriy Anatolyeviç
26 iyul 1957-ci ildə Bakı şəhərində anadan olmuşdur.
1975–1979-cu illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda “Bədən tərbiyəsi müəllimliyi” ixtisası üzrə ali təhsil almışdır.
Əmək və peşəkar fəaliyyət:
1975-ci ildə S.A.Dadaşov adına Azərbaycan Elmi-Tədqiqat İnstitutunda laborant vəzifəsində işə başlamışdır.
1979-cu ildən “Spartak” idman cəmiyyətində əl topu üzrə məşqçi-müəllim kimi fəaliyyət göstərmişdir.
1978–1981-ci illərdə Lənkəran şəhərində tank alayında hərbi xidmətdə olmuşdur.
1982–1987-ci illərdə “Məhsul” İdman Cəmiyyətinin Uşaq-Gənclər İdman Məktəbində şahmat üzrə məşqçi-müəllim kimi çalışmışdır.
Hal-hazırda Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının “Şahmat və Zəka oyunları” bölməsində məşqçi-müəllim kimi fəaliyyətini davam etdirir.
Nailiyyətləri:
Şahmat üzrə yetişdirdiyi idmançılar Dünya və Avropa çempionatlarında qızıl və gümüş medalların qalibi olmuşlar.