AHIITA
Sənan İbrahimov

Sənan İbrahimov

Vəzifə:

Şahmat məşqçisi

Təcrübə

6 il

İdman Növü:

Şahmat

Qısa Bioqrafiya

İbrahimov Sənan Soltan oğlu
1 sentyabr 1988-ci ildə Şuşa şəhərində anadan olmuşdur.

Təhsil

2009–2013-cü illərdə Azərbaycan Dillər Universitetində Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin Amerikaşünaslıq ixtisası üzrə ali təhsil almışdır.

Hərbi xidmət

2007-ci ildə Azərbaycan Silahlı Qüvvələri sıralarına çağırılmış, 2009-cu ildə hərbi xidmətini başa vurmuşdur.

Əmək fəaliyyəti və ictimai iştirakçılıq

  • 2009–2011-ci illərdə Azərbaycan Tələbə Gənclər İttifaqında koordinator kimi çalışmışdır.

  • 2010-cu ildə Universitetlərarası şahmat yarışında I yerin qalibi olmuşdur.

  • 2010-cu il 23 may tarixində Azərbaycanda keçirilən qılıncoynatma üzrə “Baku Open” beynəlxalq turnirində,

  • 2011-ci il 22 sentyabr tarixində Sərhədçi İdman Kompleksində keçirilən boks üzrə Dünya Çempionatında təşkilatçı-koordinator kimi fəaliyyət göstərmişdir.

  • 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunlarında könüllü kimi iştirak etmişdir.

  • 2016-cı il Formula 1 Avropa Qran Prisində məsul şəxs qismində çalışmışdır.

Məşqçilik fəaliyyəti

2019-cu ilin iyul ayından etibarən “Qarabağ Bədən Tərbiyəsi İdman Cəmiyyəti” İctimai Birliyində şahmat üzrə məşqçi-müəllim kimi fəaliyyətə başlamışdır.
Hal-hazırda Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının “Şahmat və Zəka oyunları” bölməsində məşqçi-müəllim kimi çalışır.