AHIITA
Şəms Əliyeva

Şəms Əliyeva

Vəzifə:

Şahmat məşqçisi

Təcrübə

8 il

İdman Növü:

Şahmat

Qısa Bioqrafiya

Əliyeva Şəms Əşrəf qızı
12 fevral 1994-cü ildə Gəncə şəhərində anadan olmuşdur.

2011–2016-cı illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) ali təhsil almış və məzun olmuşdur.

2016-cı ilin noyabr ayından Təhsil Nazirliyinin Respublika İdman Mərkəzinin 3 saylı Respublika Şahmat Məktəbində məşqçi-müəllim vəzifəsində fəaliyyətə başlamışdır.

2017-ci ilin fevral ayından etibarən Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının Şahmat-dama idman klubunda məşqçi-müəllim kimi fəaliyyətini davam etdirir.

Hal-hazırda şahmat üzrə məşqçi-müəllim kimi uğurla çalışır.