AHIITA
Loğman Quliyev

Loğman Quliyev

Vəzifə:

Şahmat məşqçisi

Təcrübə

26 il

İdman Növü:

Şahmat

Qısa Bioqrafiya

Quliyev Loğman Bəbəş oğlu 01 yanvar 1974-cü ildə Qubadlı rayonunun Aşağı Mollu kəndində anadan olmuşdur.

O, 1989–1994-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində ali təhsil almış, daha sonra 1999–2003-cü illərdə Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsini bitirmişdir.

13 yanvar 1998-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə çağırılmış və 22 yanvar 1999-cu ildə xidmətini başa vurmuşdur. Eyni tarixdən etibarən – 22 yanvar 1999-cu ildən, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Ordu İdman Klubunun Fiziki Hazırlıq və İdman bölməsində atıcı vəzifəsində əmək fəaliyyətinə başlamışdır.

1996-cı ildən etibarən şahmat üzrə Beynəlxalq usta adına layiq görülmüşdür.

Loğman Quliyev bir çox beynəlxalq yarışların qalibi və mükafatçısı olmuşdur. Onun iştirak etdiyi beynəlxalq turnirlərə aşağıdakılar daxildir:

  • Rusiya (Krasnoyarsk, 1997)

  • Fransa (La Fère və Sondom, 2003)

  • İspaniya (Manresa, 2006; Montcada, 2007)

  • İran (Urmia, 2015)
    və başqa ölkələrdə keçirilmiş bir sıra nüfuzlu yarışlar.

2010-cu ildə Beynəlxalq Şahmat Federasiyası (FIDE) tərəfindən ona “FIDE Trainer” (FIDE məşqçisi) adı verilmişdir.

O, Türkiyə, Rusiya və Qazaxıstan kimi ölkələrdə məşqçi kimi fəaliyyət göstərmiş, həmçinin Azərbaycanda bir çox uğurlu şahmatçıların – Azərbaycan və dünya çempionlarının, beynəlxalq qrossmeysterlərinşahmat üzrə beynəlxalq ustaların yetişdirilməsində mühüm rol oynamışdır.

2018-ci ildə Moskvada onun müəllifi olduğu “Kvalifikasiyalı şahmatçılar üçün testlər” adlı kitab nəşr olunmuşdur.

2000-ci ildən bu günədək Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının “Şahmat və Zəka” oyunları bölməsində məşqçi-müəllim kimi çalışır və hazırda da bu fəaliyyətini uğurla davam etdirir.