AHIITA
İranə Nəsirova

İranə Nəsirova

Vəzifə:

Şahmat məşqçisi

Təcrübə

8 il

İdman Növü:

Şahmat

Qısa Bioqrafiya

Nəsirova İranə İqbal qızı

Doğum tarixi və yeri: 23 iyul 1981-ci il, Bakı şəhəri

1988-ci ildə Bakı şəhəri Sabunçu rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən 278 saylı tam orta məktəbə daxil olmuş və 1996-cı ildə həmin məktəbin 11-ci sinfini müvəffəqiyyətlə bitirmişdir. Məktəb illərindən etibarən şahmata maraq göstərmiş, müxtəlif yerli yarışlarda iştirak etmişdir.

Şahmat üzrə nailiyyətləri:

  • 2000-ci ildə şahmat üzrə II dərəcə,

  • 09 dekabr 2014-cü ildə isə I dərəcə almışdır.

Peşəkar fəaliyyəti:

  • 2013-cü ildə “Albalı” uşaq bağçasında şahmat müəllimi vəzifəsində çalışmış, 2014-cü ilin sentyabr ayında həmin vəzifədən ayrılmışdır.

  • 2018-ci ildə “İnci” körpələr evi–uşaq bağçası MMC-də şahmat müəllimi vəzifəsinə təyin olunmuşdur.

  • 2019-cu ildə “Qarabağ” Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyində mütəxəssis kimi fəaliyyətə başlamış, 2022-ci ildən məşqçi-müəllim vəzifəsinə keçmişdir.

Hal-hazırda Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının “Şahmat və Zəka oyunları” bölməsində məşqçi-müəllim kimi fəaliyyətini uğurla davam etdirir.