İrana Topçiyeva
Vəzifə:
Şahmat məşqçisiTəcrübə
33 ilİdman Növü:
ŞahmatVəzifə:
Şahmat məşqçisiTəcrübə
33 ilİdman Növü:
ŞahmatTopçiyeva İrana Zaurovna
25 noyabr 1973-cü ildə Bakı şəhərində anadan olmuşdur.
1990–1994-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda ali təhsil alaraq məzun olmuşdur.
1992-ci ildən Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının Şahmat-dama idman klubunda məşqçi-müəllim kimi fəaliyyətə başlamışdır.
Hal-hazırda Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının “Şahmat və Zəka oyunları” bölməsində məşqçi-müəllim kimi çalışır.
Təltif və fəxri adlar:
2007 – Respublika dərəcəli hakim
2018 – Azərbaycan Respublikasının “Əməkdar məşqçisi” fəxri adı
2019 – Azərbaycan Respublikasının “Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi” fəxri adı
Yetirmələri və nailiyyətləri:
İrana Topçiyevanın yetirmələri müxtəlif səviyyələrdə uğurlar qazanmışlar:
Azərbaycan çempionları
Bakı birinciliyinin qalibləri
Azərbaycan birinciliyinin mükafatçıları
O, uzun illər ərzində ölkəmizdə şahmatın inkişafına mühüm töhfələr vermiş və çoxsaylı perspektivli idmançılar yetişdirmişdir.