Faiq Mursaqulov
Vəzifə:
Alpinizm məşqçisiTəcrübə
26 ilİdman Növü:
AlpinizmVəzifə:
Alpinizm məşqçisiTəcrübə
26 ilİdman Növü:
AlpinizmMursaqulov Faiq Saridan oğlu
Doğum tarixi və yeri: 1981-ci il, Bakı şəhəri
Təhsil:
1998–2002-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ali təhsil almışdır.
Hərbi xidmət:
2002–2023-cü illərdə Azərbaycan Respublikası Daxili Qoşunlarında xidmət etmişdir.
İdman fəaliyyəti:
1997-ci ildən alpinizm idman növü ilə məşğuldur. II dərəcəli alpinistdir.
1998-ci ildən Həmkarlar İttifaqları Respublika Alpinist–Turist Klubunda məşqçi-müəllim, baş məşqçi və şöbə müdiri vəzifələrində çalışmışdır.
Azərbaycanın 3000 və 4000 metrlik zirvələrinə yürüşlər etmiş, bu yürüşlər zamanı bir çox çətin zirvələri fəth etmişdir.
1998-ci ildə Qızılqaya dağ silsiləsində yerləşən və sonradan Heydər zirvəsi (3.763 m) adlandırılan zirvənin fəthində iştirak etmişdir.
2000-ci ildə beynəlxalq alpinist yürüşlərdə iştirak edərək çətin və yüksək dağ zirvələrini fəth etmişdir.
Hazırkı fəaliyyət:
Hal-hazırda Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası İctimai Birliyinin “Döyüş növləri və fiziki hazırlıq” bölməsində məşqçi-müəllim kimi fəaliyyət göstərir.