AHIITA
Eldar Xasayev

Eldar Xasayev

Vəzifə:

Dama məşqçisi

Təcrübə

25 il

İdman Növü:

Dama

Qısa Bioqrafiya

Xasayev Eldar Hacı oğlu
30 noyabr 1971-ci ildə Bakı şəhərində anadan olmuşdur.

1988–1992-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda bədən tərbiyəsi müəllimliyi və məşqçi-müəllimliyi ixtisası üzrə ali təhsil almışdır.

1992–1998-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində hərbi qulluq etmişdir.

2009-cu ildən etibarən Həmkarlar İttifaqlarının Respublika Şahmat-Dama Klubunda məşqçi-müəllim kimi fəaliyyət göstərir.
Eyni zamanda Avropa Azərbaycan Məktəbində bədən tərbiyəsi müəllimi kimi də çalışır.

Hal-hazırda Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının “Şahmat və Zəka oyunları” bölməsində məşqçi-müəllim vəzifəsində çalışır.

Fəxri adlar və nailiyyətlər:

  • 1988 – Dama üzrə SSRİ İdman Ustası

  • 2016 – Respublika dərəcəli hakim

  • 2018 – Azərbaycan Respublikasının “Əməkdar Məşqçisi”

  • 2019 – FMJD (Beynəlxalq Dama Federasiyası) hakimi

Yetirmələri dəfələrlə Avropa və dünya çempionatlarında mükafatçılar olmuşlar.

İdmançılar:

Banu Əli - undefined

Banu Əli