AHIITA
Elçin Əsədov

Elçin Əsədov

Vəzifə:

Şahmat məşqçisi

Təcrübə

27 il

İdman Növü:

Şahmat

Qısa Bioqrafiya

Əsədov Elçin Mustafa oğlu
9 sentyabr 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur.

1992–1997-ci illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetində Həkim-Stomatoloq ixtisası üzrə ali təhsil almışdır.

Tələbəlik dövründən etibarən şahmatla fəal məşğul olmuş, eyni zamanda məşqçilik fəaliyyətinə başlamışdır. Həqiqi hərbi xidmətdə olduğu müddətdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şahmat üzrə keçirilən müxtəlif yarışlarında I, II və III yerlərə layiq görülmüşdür.

İdman nailiyyətləri və statusları:

  • İdman ustalığına namizəd

  • I kateqoriyalı məşqçi-müəllim

  • I dərəcəli idman hakimi

2019-cu ildə yetirməsi Hüseynova Dinara 8 yaşadək qızlar arasında Avropa çempionu olmuşdur.

Hal-hazırda Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının “Şahmat və Zəka” oyunları bölməsində məşqçi-müəllim kimi fəaliyyət göstərir.