Akif Əliyev
Vəzifə:
Yunan-Roma məşqçisiTəcrübə
42 ilİdman Növü:
Yunan-Roma güləşiVəzifə:
Yunan-Roma məşqçisiTəcrübə
42 ilİdman Növü:
Yunan-Roma güləşiƏliyev Akif Qulaməli oğlu
Doğum tarixi və yeri: 3 yanvar 1953-cü il, Bakı şəhəri
Təhsil:
1970-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna daxil olmuş,
1974-cü ildə bitirmişdir.
Hərbi xidmət:
1975-ci ildə Astara rayonundan Azərbaycan Respublikası Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmış,
1976-cı ildə hərbi xidmətini başa vurmuşdur.
Əmək fəaliyyəti:
1977-ci ildə 101 №-li Peşə Məktəbində bədən tərbiyəsi müəllimi vəzifəsinə təyin olunmuşdur.
1977-ci ildən “Zenit” İdman Cəmiyyətində Yunan-Roma güləşi üzrə məşqçi-müəllim kimi fəaliyyət göstərmişdir.
2004-cü ildə “Pəhləvan” Respublika İdman Klubuna məşqçi-müəllim vəzifəsinə qəbul edilmişdir.
Fəxri ad və mükafatlar:
24 fevral 1989-cu il tarixində Azərbaycan SSR Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsi tərəfindən Azərbaycan SSR-nin Əməkdar Məşqçisi fəxri adına layiq görülmüşdür.
14 noyabr 2014-cü il tarixində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi” adı verilmişdir.
Hal-hazırda Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası İctimai Birliyinin Güləş növləri bölməsində Yunan-Roma güləşi üzrə məşqçi-müəllim kimi fəaliyyət göstərir.